Epilepsiyanın yaranma səbəbləri və ondan xilas yolları... - Professordan izah






"Adi qrip, soyuqdəymə kimi xəstəlikdən irəli gələn travmaların təsiri çox olarsa, insanların epilepsiya xəstəliyinə yoluxma ehtimalı çox olar”

Bunu "Sherg.az”a son zamanlarda Azərbaycanda epilepsiya xəstəliyinin geniş yayılmasından danışarkən tibb elmləri doktoru professor Adil Qeybulla söyləyib.

Onun sözlərinə görə, epilepsiya beynin qıcıqlanması ilə bağlı olan bir xəstəlikdir:

"Beyində əlavə oyanma ocaqları yaranır və bu da beyndə ağır qıcolmalarla səbəb olan bir situasiya yaradır. Epilepsiya böyük və kiçik epilepsiya olmaqla iki yerə ayrılır. Həmçinin "epilepsiya tağ” da var. O kistalarda , beyində hansısa bir problem olanda onu sıxır və əlavə qıcıqlanma yaradır. Buna epilepsiya tağ deyilir. 

Bununla yanaşı qiripdən sonra, kəllə -beyin travmalardan sonra beyində oyanma ocağı qalır. Və nəticədə epilepdiv qıcolmalar baş verir. Xəstəliyin səbəbi budur. Bu nə infeksiyon xəstəlikdir, nə də yolxucu. Bunun qidalanma ilə əlaqəsi yoxdur. Adi qrip, soyuqdəymə kimi xəstəliklərdən travma alanlarda epilepsiyanın yaranma ehtimalı çoxdur”.

Qeyd edək ki, Dünyada 50 milyondan çox, Azərbaycanda isə 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir.

Kənan Eynuroğlu