Ərdoğan açıqladı: FETÖ-nün girdiyi hücrələri söküb, atacağıq





FETÖ-nün arxasınca gələnlər bitməz. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uğursuz 15 iyul qiyamının ildönümü ilə bağlı təşkil edilən tədbirdə deyib.

Dövlət başçısı bildirib ki, 15 iyul gecəsi xalq bu şəbəkənin daha bir güclü kartını əlindən aldı:

"Onların girdiyi hücrələri söküb, atacağıq. Dayanmaq yoxdur. Şəhidlərimizin, qazilərimizin hesabına qazanılmış bu zəfəri masada təhlükəyə atmaq yoxdur. Hər şəhid ailəsi, hər qazi mənim qardaşımdır”.