Ərdoğan, Gül ilə Cəmil Çiçəyin otağında görüşdü





Türkiyə prezidenti Tayyib Ərdoğan, 11-ci dövlət başçısı Abdullah Güllə görüşüb. Bü görüş təxminən 45 dəqiqə davam edib. Ərdoğan hər hansı bir şərh verməyib.
Süleyman Dəmirəlin dəfni ilə bağlı Məclisdə bir dövlət mərasimi təşkil edildi. Mərasim sonrası  Rəcəb Tayyib Ərdoğan, Abdullah Gül ilə Cəmil Çiçəyin otağında bir görüş reallaşdırdı. Cənazə sonrası kortejə yoldaşlıq etməyən Rəcəb Tayyib Ərdoğan ilə Abdullah Gül Cəmil Çiçəyin otağına keçdi. Baş nazir Əhməd Davutoğlu da orda idi, ancaq görüşə qatılmadı. Planlı olmadığı ifadə edilən görüş təxminən 45 dəqiqə davam edib. Məclisdəki yığıncaqdan ilk ayrılan Ərdoğan oldu. Çıxışda jurnalistlərin bir sualına belə cavab imkanı olmayıb.