Ərdoğan İlham Əliyevi qızının toyuna dəvət etdi
11:50 14.05.2016
Arxiv
556
Artıq dövlət başçısının qızının toy karvanının fotoları da yayılıb
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kiçik qızının toyudur. ANS PRESS-in məlumatına görə, Ərdoğanın qızı Sümeyye Ərdoğan və nişanlışı Selçuk Bayraktarın nikah mərasimi İstanbulun məşhur mərkəzlərindən birində baş tutacaq. Toyla bağlı təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılsa da, artıq bəy və gəlinin ilk fotosu Türkiyə mətbuatında yayılıb.
Fotoda bəy və gəlinin prezident iqamətgahından gəlin maşını ilə çıxdığı görünür. Sadə bəzədilən maşını bəy özü idarə edir. Prezidentin qızı isə nişanlısının yanında əyləşib.
Gəlin maşını başqa avtomobillərin müşayiəti ilə iqamətgahı tərk edib.
Cütlüyün nikahı İstanbul Böyükşəhər bələdiyyə başçısı Kadir Topbaş tərəfindən kəsiləcək. Sümeyye Ərdoğanla Selçuk Bayraktarın nikah mərasimi bu gün İstanbulda yerləşən Yəhya Kemal Beyatlı Sərgi Mərkəzində baş tutacaq.
Məlumata görə, cütlüyün nikah şahidləri də tanınmış şəxslər olacaq. İddiaya görə, onlardan biri son zamanlar Ərdoğan ilə münasibətlərinin soyuduğu deyilən baş nazir Əhməd Davudoğludur. Prezident jest edərək istefa ərizəsi verən baş naziri şəxsən özü zəng edərək toya dəvət edib.
Məlumata görə, mərasimə 6 min nəfər qonaq dəvət olunub. Onların arasında ailənin yaxınları, dövlət rəsmiləri ilə yanaşı xarici qonaqlar da var. Dəvətlilər arasında Pakistanın baş naziri Nəvaz Şərif, Azərbaycan prezidenti İlham Əliyev, Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Tani də yer alıb. Dövlət və hökumət başçılarının dəvət olunması barədə məlumatı Pakistanın "The News” qəzeti yayıb.
Toy iştirakçıları arasında Pakistanın baş naziri ilə yanaşı onun qardaşı Pəncab əyalətinin baş naziri Şahbaz Şərif də var.
Türkiyə prezidentinin qızı Sümeyye Ərdoğan məşhur iş adamının oğlu, pilotsuz uçan aparatların istehsalı üzrə mühəndis olan Selçuk Bayraktarla evlənir. Toya görə İstanbulda fövqəladə təhlükəsizlik tədbirləri görülüb, hətta süni peyklər belə təhlükəsizliyinin təmin olunmasına cəlb olunub.
Ərdoğanın qızının toy tarixi bilindi
Bəy 36 yaşlı Selçuk Bayraktar türk istehsalı olan qurğu üzərində çalışan heyətin rəhbəridir. 11 ildir ki, ailə şirkətində çalışan Selçuk Bayraktar bir çox milli sistemin yaradılmasında rol alıb. O, "Baykar Makina" şirkətinin sahibi Özdemir Bayraktarın oğludur.
Sümeyye Erdoğan prezidentin 4 övladından biridir. O, 1985-ci ildə anadan olub. 2010-cu ildə hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr və dünya mətbuatında çıxan xəbərlərdən məsul şəxsi qismində çalışır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya