Ərdoğan Putin görüşünü zəruri edən AMİLLƏR... - Politoloqdan izah

"Rusiya və Türkiyə prezidentləri arasında regionla məsələlər, Cənubi Qafqazda mövcud olan vəziyyət, Dağlıq Qarabağ münaqişəsi müzakirə oluna bilər”.
Bunu "Sherg.az”a Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında keçiriləcək görüşdən gözləntilərini şərh edərkən politoloq İlqar Vəlizadə söyləyib.
Onun fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yaranan müəmmalı vəziyyət həm Rusiyanı, həm də Türkiyəni narahat edir:
"Ona görə, bu məsələ prezidentlərin görüşündə müzakirə oluna bilər. Cəbhə xəttində də təxribatların törədilməsi, vəziyyətin gərginləşməsi, danışıqlar prosesində irəliləyişin olmaması bu problemin müzakirə edilməsini zəruri edir.
Suriya məsələsində isə hər iki tərəf maraqlıdır ki, proseslər nisbətən sakitləşsin. Türkiyə yaxın gələcəkdə Türkiyə ərazisində yerləşdirilən suriyalı qaçqınların öz ölkələrinə qaytarılmasında maraqlıdır. 
Lakin Suriyanın şimalında qaçqınların qaytarılması üçün nəzərdə tutulan zolağın yaradılmasına kürd terrorçu birləşmələri imkan vermir. Bu qüvvələrə isə Amerika dəstək göstərir. Ona görə, bu məsələdə də Türkiyə və Amerikanın mövqeyində üst-üstə düşən hallar var.
Tərəflər arasında konkret məsələlər müzakirə olunacaq və müəyyən qərarlar qəbul olunacaq. Güman edilir ki, bu qərarlar cari xarakter daşıyan sənədlər olacaq”.
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub. Bu zaman prezidentlər Yohannesburqda BRİKS sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.
Aysel Aslan