Ərdoğan Rusiyaya səfərə gəlib




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gəlib.

Trend-in məlumatına görə, yaxın saatlarda onun rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir.

Qeyd edək ki, ölkə liderləri görüş zamanı ikitərəfli münasibətləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Bir günlük səfər çərçivəsində həmçinin digər beynəlxalq və regional məsələlər müzakirə olunacaq.