Ərdoğan: “Terrora qarşı qlobal ittifaq yaradılmalıdır”
10:30 26.04.2016
Arxiv
444
"Qədim mədəniyyətlərin və xalqların birgə yaşadığı Azərbaycandayıq. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il Azərbaycanda "Multikulturalizm ili" elan edib".
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı ilə bağlı təşəbbüsünü 11 il əvvəl Türkiyə İspaniya ilə birlikdə irəli sürüb: "Günümüzdə 140-dan çox ölkə bu təşəbbüsə dəstək verir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser rəhbərliyi ilə bu işlər görülür. Tolerantlıq və dialoq hədəflərimizə dəstək verən bütün dost ölkələrə təşəkkür edirəm. Ancaq hələ də Alyansın hədəflərinə çatmaqdan çox uzağıq. İnsanların inancları, etnik mənsubiyyəti ilə bağlı ayrımçı düşüncələri hələ tam ortadan qaldıra, terrorizmə qarşı bizdən gözlənilən ortaq mücadiləni yetərli qədər ortaya qoya bilməmişik. Suriyada, Fransada, Belçikada, İspaniyada, Türkiyədə, Pakistanda ard-arda bombalar parlayarkən məqsədimizi ortaq fikrə, ideyaya çevirməyi bacarmadıq. Zorakılığın qarşısının alınması üçün dialoqu inkişaf etdirməyin zəruriliyini bütün dünyaya qəbul etdirə bilməmişik. Etnik və dini fərqliliyin təhdid deyil, zənginlik olduğu barədə anlayışı yaymağı bacarmamışıq”.
Ərdoğan qeyd edib ki, bu təhlükəli gedişə son vermək zəruridir: "Dini və etnik səbəblərlə qarşıdurmalar nəticəsində 60 milyondan çox insanın evindən didərgin düşdüyü reallıqda yaşayırıq. Miqrantların bir qismi sulara gömülür, bir qismi isə getdikləri yerlərdə xoş qarşılanmır. İslam adına terror törədənlər ən böyük pisliyi müsəlmanlara qarşı törədirlər. Bu terror təşkilatlarının əli ilə qədim şəhərlər xarabalığa çevrilir, mədəniyyətlər məhv olur. Qərb ölkələrində bu səbəbdən müsəlmanlara mənfi baxış artır. Fərqli mədəniyyətə, dinə malik insanlar arasında uçurumların dərinləşməsi daha böyük fəlakətlərə aparır. Terrorun, terror təşkilatlarının dini, bölgəsi yoxdur. Məsum insanların həyatına qəsd etməyi heç bir din, vicdan qəbul etməz. Xüsusən, İslam mahiyyətcə sülh dinidir. Belə bir din terrora dəstək verərmi? Bizim dində terrora yer yoxdur. İŞİD və digər terror təşkilatlarının İslamla heç bir əlaqəsi yoxdur. Ölənin Allahu-Əkbər, öldürənin də Allahu-Əkbər dediyi bir anlayış ola bilərmi?! Mədəniyyətlərarası İttifaq, ortaq səylərimizlə bu təhdidlərin qarşısını ala bilərik. İlk növbədə, məzhəbçiliyə qarşı mübarizə aparmalıyıq. İkincisi, irqçilik çox ciddi təhdid olaraq terrora zəmin yaradır. Məzhəbçilyə və irqçiliyə qarşı orta mübarizə apara bilməsək, terrorla uğurla mübarizə apara bilmərik. Bütün irqlərin nümayəndələrinə insan kimi baxmalı və qəbul etməliyik”.
Türkiyə prezidenti qeyd edib ki, terrora qarşı qlobal ittifaq yaradılmalıdır: "Qlobal ittifaq yarada bilməsək, terrorla uğurla mübarizə apara bilmərik. Suriyada terrorla başlayan proses daxili savaşa çevrilib. Suriyada əsl dövlət terroru var, insanları bombalayırlar. Suriyada dövlət terroruna yol verənlərin ayaqları altına qırmızı xalça sərənlər, onlara maddi yardım edənlər, silahlar verənlər məsuliyyət daşıyırlar. Egey və Aralıq dənizində ölümdən qurtardığımız insanların sayı yüz minə çatıb. Sadəcə, Suriya və İraqdan 3 milyona qədər insan Türkiyədədir. Gəlib bizə təşəkkür edirlər. Ancaq bal-bal deməklə ağız şirin olmaz. İndiyə qədər bu qaçqınlar üçün Türkiyə dövlət olaraq 10 milyard dollar xərcləyib. Bura vətəndaş cəmiyyəti qurumlarının xərclədiyi vəsait daxil deyil. Biz yenə də sərhədlərimizi bombalardan qaçan insanların üzünə bağlamayacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya