Ərdoğan Trampla görüşdü




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında görüş olub.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, liderlər Argentinada keçirilən G20 zirvəsi çərçivəsində "Ədalətli və Davamlı Gələcək" " mövzunda xüsusi iclasa qatılıb. Ərdoğan, iclas başlamamışdan əvvəl ABŞ Prezidenti Donald Trampla ayaqüstü söhbət edib.
Danışıqlar zamanı Ərdoğanın yanında xarici işlər naziri Mevlüt Çavuşoğlu da hazır olub. Liderlər iclasdan sonra Argentina dövlət başçısı Macrinin nitq söyləyəcəyi mərasimdə iştirak edəcəklər.