Ərdoğan: “Türkiyədə Avropa İttifaqı ilə danışıqlardan çıxmaq barədə referendum keçirilə bilər”
18:25 17.04.2017
Arxiv
280
Türkiyədə Avropa İttifaqına üzvlüyə dair danışıqlardan çıxmaq barədə referendum keçirilə bilər.
APA-nın məlumatına görə, bunu Ankarada çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"54 ildir ki bizi Avropa İttifaqının qapıları arxasında gözlədirlər. Amma indi biz oturub danışacağıq və lazım gəlsə bu məsələ ilə bağlı ümumxalq səsvermə keçirəcəyik. Avropa İttifaqının təsisçilərindən biri olan Böyük Britaniya qurumu tərk edir. Norveç də Avropa İttifaqının kənarındadır. Biz xalqın rəyini öyrənəcəyik. Xalq nə desə, o da olacaq”, deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı vədlərinə əməl etmədiyi təqdirdə fəsadlarla üz-üzə qalacaq:
"Terrorçu təşkilatları dəstəkləmək olmaz, Türkiyə heç bir zaman öz sərhədləri daxilində hər hansı terrorçu qurumun yaradılmasına imkan verməyəcək”, deyə Türkiyə prezidenti qeyd edib.
Suriyada keçirilmiş "Fərat qalxanı” əməliyyatına toxunan Ərdoğan deyib: "Türkiyə terrorçulardan qurtulmaq üçün istənilən əməliyyatı keçirməyə hazırdır. Yaxın gələcəkdə bu istiqamətdə görülən işlər gücləndiriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm