Ərdoğan Türkiyənin siyasi sistemini dəyişir
20:34 11.05.2016
Arxiv
562
Bundan sonra “güclü prezident, zəif baş nazir” formulu işləyəcək
Türkiyənin Baş naziri Əhməd Davudoğlunun istefası ətrafında müzakirələr davam edir. Buna baxmayaraq, AKP-nin yeni Baş nazir postuna namizədləri açıqlanmaqdadır. Onların sayı hələlik 7-dir. Ekspertlərə görə, Davudoğlunun xələfi ondan xeyli zəif fiqur olacaq və faktiki olaraq Prezident Rəcəb Tayyib Ərdoğanın kölgəsində qalacaq.
Davudoğlunun istefa səbəbləri barədə müəyyən mülahizələr səslənsə də, Baş nazirin siyasi səhnədən getməsində Rusiya amili də önə çəkilir. İddialara görə, Davudoğlu Prezident Ərdoğanla müqayisədə Kremlin daha güclü hədəfində olub. Xüsusən ötən il "Su-24” təyyarəsinin vurulması və Moskva-Ankara münasibətlərinin korlanması Davudoğlunun yeritdiyi xarici siyasətlə əlaqələndirilir. Bir sıra ekspertlər Baş nazirin ruslara "qurban verilməsi”ndə bu faktoru xüsusilə vurğulayırlar. Hətta iddialara görə, iki ölkənin barışıq yönündə zaman-zaman apardığı danışıqlarda Davudoğlu tormozlayıcı rol oynayıb. İddianı dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında bunun inandırıcı olmadığını düşünür və səbəblərini belə izah edir: "Təyyarə vurulandan sonra Əhməd Davudoğlu "vurun” əmrini özünün verdiyini dedi. Amma hamı yaxşı bilir ki, Türkiyəni idarə edən şəxs Prezident Ərdoğandır. Bütün proseslər onun nəzarəti altındadır. Fikir verirsizsə, Rusiya mətbuatı aylardır Baş nazir Davudoğlunu yox, məhz Ərdoğanı hədəf seçdilər. Ona görə ehtimal vermirəm ki, Ərdoğan Rusiya ilə münasibətləri normallaşdırmaq üçün Davudoğlunu istefaya razı salıb. Yəni Baş nazirin ruslara "qurban verildiyini” qəbul etmirəm. Türkiyədə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Rusiyanın tələbləri gündəmdə qalacaq. Moskva rəsmi Ankaradan üzr və təzminat tələb edir. Türkiyə hökuməti isə buna razılıq vermir. Rusiya ilə münasibətlərdə Ərdoğanla Davudoğlu arasında ciddi ziddiyyət olmayıb. Onların anlaşmazlığı xarici yox, daxili siyasətlə bağlı idi”. E.Şahinoğlu bildirib ki, Türkiyədə bundan sonra "güclü prezident və zəif baş nazir” formulu işləyəcək: "Yeni Baş nazir kabineti çox dəyişdirməyəcək. Çünki problem hökumətlə bağlı deyildi, Baş nazir Davudoğlu ilə əlaqəli idi. Həm də hökumətdə ciddi dəyişiklik belə bir görüntü yarada bilər ki, Əhməd Davudoğlunun kabineti uğursuz olub. Bu isə hakim AKP-nin reytinqinə mənfi təsir edə bilər. Digər tərəfdən kabinetdə kimlərin olacağını yeni Baş nazir deyil, Ərdoğan müəyyənləşdirəcək və Baş nazir Prezidentin kölgəsində qalacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media