Ərdoğandan ABŞ-ın İrana sanksiyalarına münasibət





Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İrana yeni sanksiyalar tətbiq etməsindən danışıb.

Qafqazinfo.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən Ərdoğan bu addımın doğru olmadığını bildirib:

"Bu sanksiyalar dünyadakı tarazlığı pozmağa hesablanıb. Bizə görə doğru addım deyil. Çünki həm beynəlxalq hüquqa, həm də diplomatiyaya ziddir. Dünya daha sülhə dayanıqlı dövrü yaşamaq istəyir. Yeni imperial dünyada yaşamaq istəmirik, təzyiqlərlə üzləşmək istəmirik. İnsanların daha hüzurlu, sülh və əmin-amanlıq şəraitində yaşayacağı dünya istəyirik”.