Ərdoğandan Almaniyanın təhdidlərinə cavab:"Bizi qorxuda bilməzlər"





Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniyanın təhdidlərinə cavab verib. 

Sherg.az "Agence France Presse"ə istinadən xəbər verir ki, bu barədə R.T.Ərdoğan Ankarada çıxışı zamanı bildirib. 

O qeyd edib ki, Türkiyə Almaniyanın təhdidlərindən çəkinmir. Ona görə ki Türkiyənin ədliyyəsi müstəqil və ədalətlidir: 

" Onlar bizi belə təhdidlərlə qorxuda bilməzlər. hazırda türkiyə ədliyyəsi Almaniya ədliyysəindən daha müstəqildir". 

Ayyət Əhməd