“Ərdoğanın andiçmədən dərhal sonra Azərbaycana səfər etməsi mühüm siyasi hadisədir” – Hikmət Babaoğlu
12:22 10.07.2018
Arxiv
659
"Qardaş Türkiyə Cümhuriyyəti ən yeni siyasi tarixinin mühüm bir səhifəsinə qədəm qoyur. Uzun illər parlamentar tipli idarəetmə sisteminin diqtə etdiyi yorucu və səmərəsiz koalisyon hökumətlər mərhələsi artıq arxada qaldı”.
"Sherg.az"xəbər verir ki, bunu Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Bababoğlu deyib.
Onun sözlərinə görə, etnososiologiya belə izah edir ki, hər bir millətin idarəetmə sistemi onun tarixi ənənələri və milli xarakteri ilə uzlaşmalıdır, əks təqdirdə effektiv və xalqla bütünləşən siyasi idarəetmədən danışmaq olmaz: "Bu mənada tük xalqlarının demokratiya ilə bağlı seçimi həmişə birbaşa demokratiya olub.Yəni vəkalətli yaxud mərhələli demokratiya bizim milli siyasi təfəkkürümüzlə normal izah edilən hadisə deyil. Məsələn, ABŞ-da daha çox təmsilçili demokratiya, bir sıra Avropa ölkələrində parlamentar demokratiya mövcuddur.
Həmin cəmiyyətlər üçün belə model məqbul hesab edilə bilər. Bizdə milli mentalitet və siyasi mədəniyyət birbaşa demokratiyanı sifariş edir. Yəni prezidenti birbaşa xalq özü seçməklə Prezident üsul-idarəsini qəbul edir. Hazırda 24 iyun seçkilərindən sonra Türkiyədə əslində bu hadisə baş verib və düşünürəm ki, Türk xalqının bu seçimi çox doğru və uzaqgörən seçimdir” .
Millət vəkili bildirib ki, Türkiyə ətrafında və bütövlükdə müsəlman Şərqində olduqca mürəkkəb hərbi-siyasi hadisələr baş verməkdədir:
"Qardaş ölkə bu çətin və mürəkkəb vəziyyətdə həm öz təhlükəsizliyini təmin etməli, həm də bütövlükdə regionda müvazinətqoruyucu rol oynamalıdır. Dolayısıyla regionun geostrateji müvazinətini saxlamaqla Yaxın Şərq və Şimali Afrika ölkələri üçün rol-model olmalıdır. Eyni zamanda Qafqazlar və Orta Asiya ilə tarixi strateji əlaqələri möhkəmləndirməklə yeni Avrasiyaçılıq konsepsiyasında təyinedici ölkələrdən birinə çevrilməlidir. Bütün bunlar Türkiyənin qarısında olduqca mühüm strateji vəzifələr qoyur. Türkiyədə bunun fərqindədirlər və dərk edirlər ki, hazırda baş verən siyasi proseslərdə bu ölkənin alacağı qərarlar həm Türkiyənin, həm də onun müttəfiqlərinin, o cümlədən Azərbaycanın gələcəyi baxımından həyati vacib əhəmiyyətlidir.
Ona görə də yeni siyasi sistemdə hakimiyyətin xalqın iradəsilə müəyyənləşmiş tək bir mərkəzdə cəmləşməsi bu çətin vəzifələri yerinə yetirməkdə strateji önəmə sahib olacaqdır. Düşünürəm ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın formalaşdırdığı siyasi komanda bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələ biləcək.
Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib ki ,Türkiyənin gücü bizim gücümüzdür. Bu mühüm cümlədə Türkiyə- Azərbaycan münasibətlərinin dərin strateji məzmunu öz əksini tapıb. Artıq Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycandadır və onun inauqurasiyadan sonra dərhal ölkəmizə səfər etməsi olduqca mühüm siyasi hadisədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya