Ərdoğanla Putinin görüşünə saatlar qalıb - Qarabağdan da danışılacaqmı?




"Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşünə saatlar qalıb. R.T.Ərdoğan bu görüşdə Qarabağdan da danışmaq istəyir. Ancaq qarşı tərəf siyasi dividentlər əldə etmədən Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcək". 

"Sherg.az"ın xəbərinə görə, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib. 

Onun sözlərinə görə, Putinin Qarabağ münaqişəsinin həlliylə bağlı bəlli şərtləri qüvvədə qalır: 

"Bu, tək onun formalaşdırdığı şərtlər deyil. Rusiya siyasi fikrinin Qarabağ münaqişəsinin həllinə "tarixi baxışıdır”. Yəni "Sən mənim dediklərimin tamamını yerinə yetir, yalnız bundan sonra Qarabağ münaqişəsinin həlini sürətləndirə bilərik”. 

Nə Gürcüstan, nə Moldova, nə də Ukrayna Rusiyanın eyni ağır şərtlərini yerinə yetirmədilər, vassallığı qəbul etmədilər. Ona görə də hər birində Rusiyanın dəstəklədiyi separatçı bölgələr var. Bizdəki kimi..."