Ərəblərin də öz Putini oldu

Muxtar Putinə olan sevgisindən oğluna Rusiya prezidentinin soyadını verib
Misirli jurnalist uşağının adını Putin qoyub. Qahirədə yaşayan Moamen Muxtar Rusiya prezidentinin şərəfinə bu addımı atıb.
Muxtar Putinə olan sevgisindən oğluna Rusiya prezidentinin soyadını verib. Bu barədə jurnalist sevincini "Facebook" hesabında paylaşıb.
"Buda mənim oğlum Putin”, - deyə misirli "Facebook" hesabında qeyd edib. Oğlunun adını Rusiya prezidentinin soyadı ilə adlandırmaq qərarını Muxtar belə izah edib: "Yüzlərlə Vladimir var, yalnız Putin birdir”.
Hazırda Muxtar təbriklər qəbul etməklə məşğuldur. Onu Abu Putin "Putinin atası" deyə adlandırırlar.
Rusdilli sosial şəbəkə istifadəçiləri Muxtarı təbrik edərək balaca Putinin Rusiya prezidenti kimi böyük adam olacağını qeyd ediblər. Muxtar Misir qanunlarına əsasən, "Əbu Putin" adını almaq hüququ əldə edib. Bir müddət əvvəl Almaniyada yaşayan Suriyalı qızına Rusiya adı verib. (anspess)