Ərəstun Oruclu ABŞ-a getdi - media və facebookla əlaqəni kəsdi
08:05 18.09.2016
Arxiv
491
Tanınmış politoliq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu ABŞ-a köçüb. Musavat.com xəbər verir ki, bu barədə politoloqun özü sosial şəbəkədə məlumat yayıb. Məlumatın məzmunu belədir:
" Dəyərli dostlar.
Bəzi işlər səbəbindən ölkəni bir müddətə tərk etməli oldum və artıq bir neçə gündür ki, ABŞ-dayam. Burada olacağım müddətdə yerli araşdırma mərkəzlərinin birində bəzi mövzular üzərində işləməyi planlaşdırıram. Odur ki, qarşıdakı qısa zamanda işlərimin yetərincə intensiv olacağını nəzərə alaraq, facebook profilimi müvəqqəti bağlamalı olacağam. Ölkə xaricində olduğum müddətdə Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı heç bir şey yazmayacağam və bunun da səbəbi çox sadədir: düşünürəm ki, hər hansı toplumla bağlı sözünü demək üçün ilk növbədə onun içində olmaq vacibdir. Ən azı mənim üçün bu, sözlərinə, əməllərinə görə şəxsi məsuliyyət məsələsidir. Hər halda, ölkə daxilində olduğum müddətdə daim sözümü deməyə çalışmışam və belə də davam edəcəyəm. Hamınıza uğur, ailə səadəti, xoşbəxtlik arzulayıram! Yaxın zamanlarda görüşmək üzrə.
P.S.: Vaxt qıtlığı səbəbindən bir çox şərhlərə və suallara cavab verə bilmirəm. Odur ki, üzürlü sayın. Bu andan etibarən ölkəyə qayıdacağım günədək media ilə də bütün əlaqələrimə fasilə verirəm."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial