Əri ilə mübahisə edib özünü çaya atdı

Ölmək istəyən qadını komisar həyata qaytardı
Adanada həyat yoldaşıyla mübahisə etdikdən sonra özünü çaya atan gənc qadın, sudan çıxardıldıqdan sonra bir komisar tərəfindən süni tənəffüs və ürək masajı edilərək həyata qaytarıldı.
İddiaya görə, həyat yoldaşı İsa D. (35) ilə iqtisadi səbəblərə görə mübahisə edən Fatma D. (32), evdən çıxıb Seyhan çayı sahilinə gəldi. Fatma D., burada bir müddət düşündükdən sonra başmaqlarını çıxardıb çaya atıldı. Bu zaman motosikletiylə çayın kənarına gəlib siqaret çəkən Uğur Büyükaslan, qadının atladığını görüncə suya doğru qaçdı. Büyükaslan əlini uzatdı, ancaq qadın tuta bilmədi. Bundan sonra Büyükaslan, üzərindəki poltosunu çıxardıb qadına doğru uzadaraq tutmasını istədi. Büyükaslan, beləcə qadını çəkərək çaydan çıxardı. Hadisə yerinə gələn polis qrupları, udduğu suyun təsiriylə hərəkətsiz qalan qadına yağışa görə açdıqları çətirin altında müdaxilə etdi. Komissar Müslüm Arasın ürək masajı və süni tənəffüsü ilə nəfəs almağa başlayan qadın, hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən təcili yardımla xəstəxanaya aparılıb. Xəstəxanada müalicə altına alınan qadının ilkin müdaxilə sayəsində həyati təhlükəsinin olmadığı öyrənildi.