Erməni əsgəri öldürüldü - Dağlıq Qarabağda




Dağlıq Qarabağda düşmənin növbəti təxribatının qarşısı alınarkən 1 erməni əsgəri öldürülüb.

Sherg.az.Az APA-ya istinadən xəbər verir ki, ölən şəxs 1993-cü il təvəllüdlü Qor Ovannisyandır.

Hadisə martın 31-də, saat 14:45-də Qarabağ cəbhəsinin şərqində baş verib.

Məlumatı Qarabağdakı separatçı rejimin "Müdafiə Nazirliyi" yayıb.