“Ermənilər əvvəlcə 5, sonra 2 rayonu boşaltmalıdırlar”
20:53 06.04.2016
Arxiv
460
ATƏT nümayəndəsi Ermənistanın hələ də bir şansı olduğunu deyib
"Öncə ermənilər 5 bölgəni boşaltmalı, həmin bölgəyə azərbaycanlı məcburi köçkünlər qayıtmalı, onlar üçün normal şərait yaradılmalı, ərazilər və nəqliyyat-kommunikasiya bərpa edilməlidir”.
Bunu Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov "Anadolu” agentliyinə açıqlamasında deyib. İkinci mərhələdə digər iki rayon - Laçın və Kəlbəcər qaytarılmalıdır.
O qeyd edib ki, Azərbaycan Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir, amma daha 20 il gözləmək istəmir. Nümayəndə mərhələli bir həll yolunun olduğunu qeyd edib.
ATƏT-in iclasından sonra açıqlama verən nümayəndə qurum çərçivəsində qəbul edilmiş qərarların buna imkan verdiyini deyib. ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında mərhələli həll yolu mövcuddur. O, Ermənistan tərəfinin müzakirə masasından qaçdığını da qeyd edib.
"Toplantıda Azərbaycanın ərazi bütövlüyünə hörmət, Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsi və danışıqlar masasına qayıtmaq kimi məsələlər müzakirə edildi. Sülh imkanı - Ermənistanın hələ də bir şansı var. Biz danışıqların tərəfdarıyıq. Amma ermənilər danışıqlardan qaçırlar, çünki hazırkı vəziyyətdən məmnundurlar. Onlar azərbaycanlıları yox etmək istəyilər. Buna göz yuma bilmərik. Ərazi bütövlüyümüzü heç kimə güzəştə gedə bilmərik. Ermənistanın öz ərazisi var və biz onlara bizim torpaqlarımızda ikinci Ermənistan yaratmağa imkan vermərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya