Ermənilər həyacan içində: Qırıcılarımız Xankəndi üzərində manevr edirlər
12:24 24.01.2014
Arxiv
1282
İrəvan mətbuatı son olaylardan yazdı: Düşmən raketləri hazır vəziyyətə gətirməyə belə imkan tapmayıblar; Tovuzda vurulan düşmənin hərbi texnikasının növü məlum olub
Məlum olduğu kimi, bu gün Azərbaycan ordusunun qırıcıları cəbhə xətti boyunca uçuşlar ediblər. Düşmənə güc nümayişi kimi qəbul edilən bu manevrlər işə yarayıb.
JAM.AZ erməni mətbuatına istinadən xəbər verir ki, Azərbaycan qırıcıları təkcə cəbhə xətti üzərindən uçmayıblar. Onlardan ikisi Xankəndi üzərindən manevr edərək, geri dönüblər. Elə düşməni də bu qorxuya salıb. Belə ki, təyyarələrimizi Xankəndi səmasında görən düşmən nə edəcəyini bilməyib. Hətta "Havadan Müdafiə Qüvvələri”nin zabitləri raketləri döyüş hazırlığı vəziyyətinə gətirmək imkanı tapmayıblar.
Erməni mətbuatının yazdığına görə, Azərbaycan təyyarələrinin manevrindən sonra Qarabağdakı "hökumət” təcili toplantı çağırıb. Vəziyyəti dəyərləndirmək üçün çağırıldığı bilinən toplantının əslində, başqa səbəbləri olduğu deyilir. JAM.AZ xəbər verir ki, "Jamanak” qəzeti ehtimal edir ki, bu Qarabağdakı erməni ordusunun hələ də lazımi səviyyədə hazır olmaması ilə bağlıdır. Hətta qəzet bir neçə generalın işdən çıxarıla biləcəyini də istisna etməyib.
Bu əsnada JAM.AZ-ın Tovuzdan aldığı məlumata görə, dünən Əlibəylidə baş verən əməliyyatlar zamanı düşmənin bir hərbi maşını sıradan çıxarılıb. Həmin hərbi texnika isə ZTR (BTR) olub. Rayon sakinlərinin dediyinə görə, erməni tərəfi BTR-lə cəbhə xəttinə yaxınlaşmaq istəyib və ordumuzun əsgərləri onu qumbaraatanla vurublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya