Ermənilərin yalanını ifşa edən film təqdim olundu
14:24 16.09.2016
Arxiv
369
Azərbaycanın Macarıstandakı səfirliyində Bakı Slavyan Universitetinin (BSU) dosenti, tanınmış jurnalist və tədqiqatçı Şəlalə Həsənovanın müəllifi olduğu "Tarixi həqiqətlərin izi ilə” iki hissəli sənədli filmin təqdimat mərasimi keçirilib.
Azərbaycanın Macarıstandakı səfirliyindən Axşam.az-a verilən məlumata görə, arxiv mənbələri əsasında, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilən kino-lentdə ermənilərin guya tarixdə ilk xristian dövləti olmaları və dünyaya yüksək mədəni dəyərlər yaymaları barəsindəki mif tutarlı arqument və faktlarla təkzib olunur, onların Cənubi Qafqaza, indi yaşadıqları və işğal etdikləri ərazilərə sonradan gəlmələri sübuta yetirilir.
Filmin ikinci hissəsi Ermənistanın indiki paytaxtı İrəvanın əsrlər boyu türk-Azərbaycan şəhəri olmasına, burada türk-islam mədəniyyətinin sonralar ermənilər tərəfindən məhv edilən, yaxud tarixləri saxtalaşdırılan çoxsaylı abidələrin mövcudluğuna həsr edilib.
Təqdimat mərasimində çıxış edən səfir Vilayət Quliyev Azərbaycan əsgərinin 1918-ci ilin sentyabrın 15-də Bakını azad etdiyi kimi işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonları da mütləq azadlığa qovuşduracağına inamını bildirib.
Şəlalə Həsənova film üzərindəki işi və Cənubi Qafqazın erməni yalanlarından təmizlənmiş gerçək tarixinin populyar şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı gələcək planlarından danışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm