"...Ermənistan bu əməllərinə görə, cəzalandırılacaq" - Millət vəkili







"Mədəniyyət və Turizm Nazirliyi işğal altında olan ərazilərimizdəki tarixi abidələrin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməlidir”.

Bunu "Sherg.az”a Ermənistanın vandalizm siyasəti haqqında danışarkən millət vəkili Fəzail İbrahimli deyib.

O bildirib ki, işğal olunmuş ərazilərimizdəki vandalizm faktları ilə bağlı tədbirlər planı həyata keçirilməlidir:

"Nə qədər ki, ərazilərimiz işğal altındadır, Ermənistan bu bölgələrin yeraltı, yerüstü sərvətlərini talayacaq. Torpaqlarımız geri qaytarılanda, Ermənistan bu əməllərinə görə, cəzalandırılacaq. İndiki dönəmdə beynəlxalq ictimaiyyət bu vandalizm aktları ilə bağlı tədbir görməlidir. 

Təəssüf ki, beynəlxalq hüquq lazımi səviyyədə deyil. Beynəlxalq hüququn gücün ətəyində getdiyi dönəmdə bu müstəvidə nə addım atmaq olar?! İstənilən halda, biz üzərimizə düşən addımları atmalı, beynəlxalq məhkəmələrə müraciət etməliyik”.

Qeyd edək ki, ermənilərin vandalizm siyasəti haqqında Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, Ermənistanın işğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir.

Aysel Aslan