Ermənistan xarici işlər nazirinin son bəyanatı Azərbaycana qarşı təcavüz siyasətinin güclənməsini nümayiş etdirir
12:06 03.01.2019
Arxiv
691
Ötən ilin 30 dekabr tarixində Ermənistan xarici işlər nazirinin ölkəsinin cənub-qərbindəki hərbi hissələrindən birinə baş çəkərək söylədiyi "Biz diplomatların işi sizin qələbənizi davam etdirmək və Ermənistanın, Artsaxın və xalqımızın maraqlarını əks etdirəcək sülhü möhkəmləndirməkdir. ...Ermənistan silahlı qüvvələri Ermənistan və Artsaxın təhlükəsizliyini təmin etmək iradəsinə və qətiyyətinə sahibdir” fikri Ermənistanın Azərbaycana qarşı təcavüzünü və 25 ildən artıqdır Azərbaycan ərazilərini işğal altında saxladığını aşkar şəkildə nümayiş etdirir. Bu illər ərzində beynəlxalq vasitəçilərin səyləri ilə münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqlar prosesi çərçivəsində Azərbaycanın konstruktiv yanaşmasına rəğmən Ermənistan rəhbərliyinin gücdən istifadə etməklə qonşu ölkənin işğal etdikləri ərazilərində təhlükəsizliyin möhkəmləndirilməsindən bəhs etməsi işğalçı siyasətə haqq qazandırmaq və işğalın nəticələrini möhkəmləndirmək niyyətinin göstəricisidir.
Ermənistan xarici işlər nazirinin 2018-ci ilin 6 dekabr tarixində Milanda keçirilmiş görüş nəticəsində ATƏT Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən qəbul edilmiş birgə bəyanatın müddəaları ilə birbaşa ziddiyyət təşkil edən bu addımı Ermənistan rəhbərliyinin öz ölkəsinin əhalisini sülhə deyil, işğalçı siyasətin möhkəmləndirilməsinə hazırlamasından xəbər verir. Rəsmi Bakının hər zaman çıxış etdiyi əhalini sülhə hazırlamaq mövqeyi həmsədrlər tərəfindən tam olaraq dəstəklənir. Ermənistanın yeni siyasi rəhbərliyi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına məhəl qoymayaraq Azərbaycanı və beynəlxalq ictimaiyyəti yanıldacağını zənn edir. Ermənistanın özünün gələcəyi və dayanıqlı inkişafı üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması vacibdir.
Ermənistan xarici işlər nazirinin özünün də razılaşdırdığı 6 dekabr tarixli birgə bəyanatdan sonra, 26 dekabr tarixində Ermənistan və Azərbaycan silahı qüvvələrinin qarşıdurma xəttinə yaxın yerdə Azərbaycan SQ-nin nəzarəti altında olan ərazilərdə azərbaycanlı mülki şəxslər Ermənistan SQ tərəfindən atəşə tutulur və Ağdam rayonunun Baş Qərvənd kənd sakini yaralanır. Bunun ardınca 30 dekabr tarixində Ermənistanın xarici işlər naziri "silahlı qüvvələrinin qələbəsinin diplomatlar tərəfindən möhkəmləndirilməli olduğunu” söyləyir. Danışıqlar prosesi çərçivəsində hər zaman aqressiv ritorikanın azaldılması zərurətindən danışan Ermənistan rəhbərliyi xarici işlər nazirinin bu son bəyanatı ilə nəinki buna əməl etmir və əhalisini sülhə hazırlamır, əksinə, məhz özü aqressiv davranış nümayiş etdirir.
Dağlıq Qarabağ, eləcə də Azərbaycanın hər bir yerində təhlükəsizlik və sabitlik bizim üçün vacibdir. Bu barədə ölkə rəhbərliyi səviyyəsində Azərbaycanın mövqeyi hər zaman bəyan edilib.
Münaqişənin həlli üzrə uzunmüddətli davam edən danışıqlar təcrübəsi onu göstərir ki, Ermənistan tərəfindən verilən vədlər və razılaşdırılan bəyanatlar kifayət etmir, bu işdə ən əsas məsələ verdiyin vədə və ya bəyanata uyğun davranmaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya