Ermənistanda merə sui-qəsd olub
10:54 17.09.2016
Arxiv
375
Ermənistanın Eçmiadzin şəhərində atışma baş verib. APA-nın "news.am" xəbər portalına istinadən verdiyi xəbərə görə, ötən gün yerli vaxtla 23:00 radələrində şəhərin hazırkı meri Karen Qriqoryanın avtomobili atəşə tutulub. Hadisə mer paytaxt Yerevandan qayıtdığı zaman baş verib. Həmin an avtomobildə merlə yanaşı onun qardaşı da olub.
Ehtimallar var ki, atəş açanlar mer olmaq üçün namizədliyini irəli sürən Artur Tumanyan və sabiq mer Qraçik Abqaryanın qohumu olub.
Maraqlıdır ki, sözügedən insident baş verəndən sonra hadisəni törətməkdə şübhəli bilinən hər iki şəxsin iştirakı ilə dava baş verib. Hazırda hər iki şəxs xəstəxanadadır.
Hazırkı merin ofisindən yalnız onu bildiriblər ki, silahlı insidentlə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Hadisə ilə bağlı açıqlama verən sabiq mer Qraçik Abqaryan isə bildirib ki, onun qohumu silahlı insidentdə iştirak etməyib: "Onlar döyülüblər və hazırda xəstəxanadadırlar".
O əlavə edib ki, seçkiöncəsi şəhərdə vəziyyət kritikdir.
Qeyd edək ki, mer seçkiləri sentyabrın 18-də baş tutacaq.
Onu da əlavə edək ki, hazırkı mer Karen Qriqoryan hakim partiyadan deputat seçilən Manvel Qriqoryanın oğludur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm