"Ermənistanda sosial partlayışın baş verəcəyi istisna deyil" - Millət vəkili
12:06 15.03.2018
Arxiv
3429
"Ermənistanın bütün siyasəti Azərbaycan torpaqlarını işğal etmək, özünə birləşdirməkdən ibarətdir”.
Bunu "Sherg.az”a Ermənistandakı daxili stabilliyin pozulmasından danışarkən millət vəkili Aydın Mirzəzadə söyləyib.
O diqqətə çatdırıb ki, separatçı ölkə qatı antiazərbaycan, antitürk siyasəti yeritdiyinə görə, Türkiyə ilə sərhədləri də bağlıdır:
"İşğalçı ölkə regionda blokadada olduğuna görə, Ermənistanın iqtisadi vəziyyəti də bərbad gündədir. Düşmən ölkə bu gün gəlirlərinin böyük hissəsini Azərbaycan torpaqlarını işğalda saxlamağa yönəldir. Hansısa inkişafdan, sosial problemlərin həllindən söhbət gedə bilməz. Əhali ölkədən köçür, qalanlar isə indiki erməni rəhbərliyindən ciddi narazılıq edir.
Prezident Serj Sarkisyanın konstitusiyanı dəyişməklə hakimiyyətdə qalmaq niyyəti heç nəyi dəyişməyəcək. Ölkənin vəziyyəti olduğu kimi qalacaq. Əhalinin narazılığı da artacaq. Yaxın zamanlarda Ermənistanda sosial partlayışın olacağı istisna deyil. Əhali yaşamaq istəyir, sosial problemlərini həll etməyə çalışır.
Ən əsası Azərbaycan torpaqlarının işğalda saxlanılmasının mənasız və perspektivsiz olduğunu bilirlər. Vaxtilə erməni millətçilərinə inanan kütlə bu gün həmin inamının acı meyvələrini dadmaqdadır. Hesab edirəm ki, Ermənistan təsadüfən qazandığı müstəqilliyi yürütdüyü siyasətlə itirə bilər”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm