"Gürcüstanda güclü hökumət başçısı olduğu təqdirdə prezidentin bu ölkədə varlığı yalnız formal xarakter daşıyırdı. Ona görə, "Gürcü Arzusu” Partiyası namizədliyini irəli sürmək iddiasında deyil.
"Ermənistandakı sosial etiraz Gürcüstanda da baş verə bilər" - Aktual Şərh
15:16 08.08.2018
Arxiv
910
""Gürcü Arzusu” Partiyası Bidzina İvanaşvilinin rəhbərliyi altında hakimiyyətə gəldikdən sonra prezident üsul idarəsinin səlahiyyətləri minimuma endirildi”.
Bu barədə "Sherg.az”a Gürcüstanda hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" Partiyasının oktyabrın 28-də keçiriləcək prezident seçkilərinə namizəd irəli sürməməsinin səbəblərini izah edərkən politoloq Natiq Miri bildirib.
O qeyd edib ki, minimum səlahiyyətlə "Gürcü Arzusu” Partiyasının yenidən prezidentlik iddiasında olması cəmiyyətdə birmənalı qəbul olunmaz:
"Gürcüstanda güclü hökumət başçısı olduğu təqdirdə prezidentin bu ölkədə varlığı yalnız formal xarakter daşıyırdı. Ona görə, "Gürcü Arzusu” Partiyası namizədliyini irəli sürmək iddiasında deyil.Həmçinin regionda vəziyyətin həssas olması da proseslərə təsir göstərir. Xüsusilə, Ermənistanda "Məxməri inqilab”la hakimiyyət dəyişikliyi baş verdiyi üçün İvanaşvili rəhbərliyi də bu məsələdə ciddi narahatlıq keçirir. Çünki Ermənistanda tətbiq olunan üsullar, sosial etiraz dalğası Gürcüstanda da baş verə bilər. Bundan əvvəlki parlament seçkilərində "Gürcü Arzusu” Partiyası saxtakarlıqla qalib gəldi. Ona görə, müxalifət parlamentdə daha az yer tutdu. Gürcüstan cəmiyyəti B.İvanaşvilinin hakimiyyətindən narazıdır. Nəticədə bu iqtidarın seçkini qazanmaq şansı minimumdur. Yenidən saxtakarlığa getmək isə Gürcüstanda etiraz dalğaları ilə müşayiət oluna bilər”.
Qeyd edək ki, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze "Hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" Partiyasının oktyabrın 28-də keçiriləcək prezident seçkilərinin ilk turunda qələbə qazana biləcək namizədlərinin çox olduğunu vurğulayıb. O bildirib ki, buna baxmayaraq, hakim partiya bu seçkilərdə heç bir namizəd irəli sürməyəcək".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm