Ermənistandan Rusiyaya aparılan “azərbaycanlı” killer kimdir?
12:58 18.04.2014
Arxiv
547
Ermənistandan Rusiyaya ekstradisiya olunan killerin Azərbaycan ermənisi olduğu məlum olub. APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, qazaxıstanlı iş adamını qətlə yetirərək Ermənistana qaçan şəxs Dağlıq Qarabağda anadan olmuş ermənidir.
İş adamını qətlə yetirməkdə şübhəli bilinən erməninin 2004-cü ildə Rusiya vətəndaşlığı aldığı bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın "Baltinfo” informasiya agentliyi Ermənistandan Rusiyaya ekstradisiya olunan killerin milliyyətcə azərbaycanlı olması barədə məlumat yayıb.
APA-nın Moskva müxbirinin araşdırmaları nəticəsində isə məlum olub ki, qazaxıstanlı iş adamını qətlə yetirən şəxs Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olmuş, milliyyətcə erməni Marat Sarkisovdur.
Sifarişli qətl törədən Azərbaycan ermənisi aprel ayında Rusiya və Ermənistan polisinin birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində yaxalanaraq Rusiya Federasiyasına ekstradisiya olunub.
Erməni killer 2012-ci ilin aprelində Moskvanın Beqovoy küçəsində sifarişli qətl törədib. Belə ki, 2012-ci il aprelin 19-dan 20-nə keçən gecə Beqovoy küçəsində 7 güllə yarası almış 52 yaşlı qazaxıstanlı iş adamının cəsədi tapılıb. Hadisə yerindən 100 metr aralıda isə qətldə istifadə olunan tapança aşkar olunur. Qazaxıstanlı iş adamının avtoyuycu sahibi olduğu bildirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qatilin Rusiya ərazisindən qaçdığı məlum olub.
Erməni killerin 27 yaşlı Vladimir şəhər sakini olduğu bildirilib. Hazırda qətli sifariş verənin kimliyinin araşdırılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi