Əsəd gözləmədiyi yerdən zərbə aldı: Suriyada islahatlar lazımdır




Suriyadakı yaşanan vətəndaş müharibəsində daimi Əsəd rejiminin yanında olan İran prezidenti Həsən Ruhani maraqlı bir şərh verib. Ruhani, Bəşər  Əsədin başında olduğu Suriya dövlətində islahat edilməsi lazım olduğunu söyləyib.

"Suriyada kimyəvi silahdan istifadə edilməsi və İranın Əsədi dəstəkləməsi dünyadakı həssaslığı artırdı. İranın Suriya siyasətini dəyişdirməsi düşünülürmü?" sualına qarşılıq verən Ruhani, "Qərb terrorçulara dəstəyə son verməlidir. Əlbəttə Suriya dövlətində islahatlar edilməsi də lazımdır." deyib.

İran  başçısı, Əsəd rejiminin kimyəvi silah hücumunun ardından ABŞ-ın Suriyanı vurmasına isə "ABŞ-ın Suriyaya hücum etməsi səhv idi. Bu ilk dəfə reallaşdı. Təkrarı çox təhlükəli nəticələrə yol aça bilər." deyə bildirib.