Əsədin vəzifədən getməsi prioritetimiz deyil - ABŞ




Suriya lideri Bəşər Əsədin vəzifəsindən uzaqlaşdırılması artıq prioritetimiz deyil.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley jurnalistlərə açıqlamasında deyib.

"Əsədi devirmək artıq bizim əsas hədəfimiz deyil. Əsas olan Suriya xalqının taleyini dəyişdirmək üçün kimlə və nə etmək lazım olduğunu anlamaqdır. Bundan əvvəlki administrasiyanın etdiyi kimi Əsədin üzərində durmamalıyıq”, - Haley əlavə edib.