"Əslində bu hay-küyün Mehman Hüseynovla heç bir əlaqəsi yoxdur" - Millət vəkili
11:26 07.01.2019
Arxiv
700
"Son günlər antiazərbaycançı mərkəzlər yenidən Azərbaycanda süni gündəm yaratmağa və bu məqsədlə Mehman Hüseynov adlı, barəsində məhkəmə hökmü olan birisini süni gündəmə alət etməyə çalışırlar”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, əslində bu hay-küyün M.Hüseynovla heç bir əlaqəsi yoxdur:
"O, Azərbaycan vətəndaşı olaraq qanunun tələblərini pozub və hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmənin qərarı ilə məsuliyyətə cəlb edilib. İndi isə onu bu vəziyyətə düşməyə təhrik edənlər onu növbəti qanun pozutusuna cəlb etməklə vəziyyətdən sui-istifadə edirlər. Bunlar yolverilməzdir və heç bir beynəlxalq istismarçı şəbəkənin bunu etməyə haqqı yoxdur. Təssüf ki, bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran antiazərbaycançı şəbəkələr belə gəncləri axıra qədər istismar etməklə onları öz milli maraqlarına qarşı qoyurlar. Hazırda baş verənlər də növbəti belə oyunun bir həlqəsidir. Azərbaycana qarşı cəbhə açan belə şəbəkələri nə Mehmanın taleyi, nə də Azərbaycanın mənafeyi maraqlandırır. Tam əksinə, onlar hüquq və demokratiya müdafiəçiləri kimi görünməklə əslində Azərbaycana qarşı düşmənçilik edir, onun beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Ölkəmizin dünya ictimai rəyində antidemokratik obrazını yaratmağa cəhd edirlər”.
Parlament üzvünün sözlərinə görə, Mehman Hüseynovun həbs edilməsi həmin mərkəzlər üçün bir qənimətdir:
"Hazırki mürəkkəb beynəlxalq şəraitdə söhbət xalqların qlobal müstəvidə mübarizəsindən gedir. Bu mübarizənin qalibləri öz təhlükəsizliklərini təmin edib yaşayacaq, məğlubları isə milli dövlətçiliklərini itirəcəklər. Ona görə də Azərbaycanın əldə etdiyi heç bir uğur imperialist mərkəzlər tərəfindən həzm edilmir. Onlar güclü, təhlükəsiz, özünü müdafiə etməyi bacaran, Lələtəpə, Günnüt əməliyyatları keçirməyə qadir olan, qlobal meqalayihələri həyata keçirən və nəhayət bir gün öz ərazi bütövlüyünü təmin edə biləcək Azərbaycanı istəmirlər.
Məsələnin qısa mahiyyəti bundan ibarətdir. Ona görə də vaxtaşırı biz bu tipli manipuliyasiyalarla üzləşirik. Ancaq məsələ ondadır ki, artıq antiazərbaycançı mərkəzlərin belə ssenarilərinə qarşı Azərbaycanda ictimai immunitet yaranıb və bənzər metodlarla ölkəmizə təzyiq etmək mümkün deyil”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya