"O zaman Azərbaycanda işsizlik hədsiz dərəcədə idi, amma indi 5 faizə düşüb. Azərbaycan iqtisadi və siyasi cəhətdən sabitlik adasına çevrilib. Bunların hamısının kökündə həmin müqavilə dayanır. Sonda onu xüsusi qeyd edim ki, ulu öndər Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək sözügedən müqaviləyə imza atdı. Bu mənada hesab edirəm ki, "Əsrin müqaviləsi" ümummilli liderin əməyinin bəhrəsidir".
" "Əsrin müqaviləsi" ulu öndərin əməyinin bəhrəsidir" - Millət vəkili
16:12 20.09.2018
Arxiv
933
"Əsrin müqaviləsi"ndən əldə olunan gəlirlə ilk növbədə ordu yaratdıq. Ordu yaradıcılığı çox böyük sərmayə tələb edir. İkincisi, çıxıb şəhəri gəzsəniz bu müqavilənin bizə nə bəxş etdiyini görəcəksiniz".
Bunu "Sherg.az"a millət vəkili Araz Əlizadə "Əsrin müqaviləsinin " Azərbaycanın soial, iqtisadi və siyasi həyatına göstərdiyi təsirlərdən danışarkən deyib.
Deputatın sözlərinə görə, 1994-cü ildə Azərbaycanın şəhər, rayon və kəndləri İkinci Dünya müharibəsindən sonrakı Avropanı xatırladırdı:
"O zaman Azərbaycanda işsizlik hədsiz dərəcədə idi, amma indi 5 faizə düşüb. Azərbaycan iqtisadi və siyasi cəhətdən sabitlik adasına çevrilib. Bunların hamısının kökündə həmin müqavilə dayanır. Sonda onu xüsusi qeyd edim ki, ulu öndər Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək sözügedən müqaviləyə imza atdı. Bu mənada hesab edirəm ki, "Əsrin müqaviləsi" ümummilli liderin əməyinin bəhrəsidir".Qeyd edək ki, bu gün Azərbaycanda üç neft-qaz: Azəri, Çıraq, Günəşli yataqlarının işlənməsinə dair "Əsrin müqaviləsi”nin imzalanmasının 24 illik yubileyi qeyd edilir .20 sentyabr 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan və 12 xarici neft şirkətindən ibarət konsorsium arasında "Əsrin müqaviləsi” imzalanıb. Bütün dünyanı riqqətə gətirən bu hadisə ümummilli liderin hakimiyyətə qayıtmasından 1 il sonra baş verib. Məlum müqaviləni "Amoco", "Unocal", "Pennzoil", "Exxon", "McDermott", Britaniyadan "British Petroleum" və "Ramco", Norveçdən "Statoil", Rusiyadan "LUKoil", Türkiyədən "TPAO", "Delta Oil" Səudiyyə Ərəbistanından, Yaponiyadan "İtochu" şirkətləri imzalayıb. Azərbaycanı isə Dövlət Neft Şirkəti (SOCAR) təmsil edib.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə