Estetik əməliyyat kabusa döndü: 3 ildir yatarkən gözlərini bağlaya bilmir





"Daily Mail"in xəbərinə görə Devn Knight adlı 47 yaşlı qadının həyatı 2012-ci ildə  estetik əməliyyat sonrasında kabusa döndü.
İngiltərədə bir klinikada üz əməliyyatı etdirdikdən sonra göz əzələləri  möhkəmlənən qadın gözlərini bağlaya bilməz hala gəldi.
Həkimi əməliyyatın səhv aparıldığını  desə də sığorta şirkəti ortaya çıxan ziyanı ödəməyi qəbul etmir. Yenidən müalicə ala bilməyən qadın 3 ildir yatarkən  gözlərini bağlaya bilmir.
Həkimlər qadının görmə duyğusunu itirə biləcəyini ifadə etdi.