ETSN Dövlət Dəniz Agentliyi ilə işçi qrup yaratdı
09:49 13.07.2018
Arxiv
606
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyində agentliyin direktoru Qüdrət Qurbanovla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
ETSN-nin mətbuat xidmətindən "Sherg.az"a verilən xəbərə görə, görüşdə Xəzər dənizinin çirkləndirilməsinin qarşısının alınması üçün qarşılıqlı tədbirlərin vacibliyi qeyd olunub, gəmilərdə formalaşan tullantıların idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər gəmilərdə formalaşan döşəməaltı neftli suların, məişət çirkab sularının və müxtəlif tərkibli bərk tullantıların "Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın və milli qanunvericiliyin tələblərinə uyğun idarə olunması və utilizasiya edilməsi məsələlərini müzakirə ediblər. Müzakirələr zamanı Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin CleanSeaNet layihəsi çərçivəsində və Dövlət Dəniz Agentliyinin tabeliyində fəaliyyət göstərən Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin texniki imkanları vasitəsilə peyk görüntüləri əsasında dənizdə neft ləkələrinin aşkar edilməsi, ləkələrin mənbəyinin müəyyən olunması ilə bağlı məlumatların operativ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ötürülməsinin təmin ediləcəyi bildirilib.
Yekun olaraq Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması məqsədilə Dövlət Dəniz Agentliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən ibarət birgə işçi qrupunun yaradılması barədə qərar qəbul olunub.
M. Babayev Dövlət Dəniz Agentliyi tərəfindən dənizdə üzən gəmilərin müşahidə edilməsi üçün yaradılmış Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanış olub.
Qeyd edək ki, "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdən ilk dəfə olaraq Azərbaycanda ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi yaradılıb. Mərkəz "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarəti həyata keçirəcək, həmçinin Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin izlənilməsi, onların hərəkət təhlükəsizliyinin təmin edilməsində naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq bilgilərin, habelə digər mühüm məlumatların ölkə daxilində və beynəlxalq səviyyədə operativ çatdırılmasını təmin edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region