"Eurovision" təmsilçimiz qəza keçirdi

Azərbaycana "Eurovision 2011” qalibiyyəti gətirən müğənni Nigar Camalın başına iş gəlib. Lent.az-ın məlumatına görə, sosial şəbəkədə ifaçının avtomobil qəzası keçirdiyi videosu yayılıb. Belə ki, Şəmkirə gedən ifaçının avtomobilini rəfiqəsi idarə edirmiş. Qəzanı da rəfiqəsi törədib.