Ev almaq istəyənlərə MÜJDƏ: "...Mənzillərin ucuzlaşması davam edəcək"

"Son illər manatın qiymətdən düşməsi , insanların gəlirlərinin azalması və nəticədə alıcılıq qabiliyyətinin zəifləməsi mənzil bazarındakı göstəricilərin azalmasına, o cümlədən qiymət ucuzlaşmasına gətirib çıxarıb".
Bu barədə "Sherg.az" mənzil bazarındakı durumdan danışarkən mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.
Onun sözlərinə görə, mənzil bazarında ucuzlaşma bu ilin sonuna qədər davam edəcək:
"Qiymət artımının baş verməsi ilə bağlı heç bir iqtisadi əsas yoxdur. Bu ilin sonuna qədər mənzil bazarında qiymətlərin enəcəyi gözlənilir. Növbəti ildən hansısa prosealərin baş verəcəyi , hansı addımların atılacağı və bu yöndə inzibati qərarların qəbul olunacağı və bunun bazara təsirinin hansı səviyyədə olacağını növbəti ildə biləcəyik. 
Çünki mənziıl bazarına dair proqnozlar özünü doğrultmur. Səbəblər də onunla bağlıdır ki, hökumət həmin istiqamətdə qərarlar qəbul edir və bu qərarlar bazardakı vəziyyəti dəyişə bilir. Bu mənada deyə bilərəm ki, ilin sonuna qədər mənzillərin ucuzlaşması davam edəcək".
Ayyət ƏHMƏD