Ev almaq istəyənlərin nəzərinə:"Mənzil bazarına pul axını azalıb" - Ucuzlaşır




"İlin sonuna kimi, mənzil bazarında sabitliyin dəyişməz qalacağını gözləyirik”

Bu sözləri "Sherg.az”a mənzil bazarında hazırki vəziyyət barəsində danışarkən mənzil bazarı üzrə ekspert Ramil Osmanlı söyləyib.

Ekspertin fikirlərinə görə, bir müddətdir ki, mənzil bazarında qiymət fərqi müşahidə olunmur:

"Yay müvsümü ilə əlaqədar olaraq bazarda stabillik hökm sürür. Yəni hazırda apardığımız qeydlərdə elə bir ciddi dinamik dəyişikliklər müşahidə olunmur. 

Təqribən ötən ay olan artımları nəzərə almasaq, ilin əvvəlindən indiyə kimi daşınmaz əmlak bazarında əhəmiyyətli qiymət dəyişikliyi qeydə alınmayıb. Qiymətlərin sabit qalması yalnız mövsümlə əlaqəli deyil. Eyni zamanda son illərdə bazara müxtəlif səbəblərdən pul axını azalıb.

 Pul axının azalması qiymətlərin sabitləşməsinə birbaşa yol açır. Həmçinin mənzil bazarında tələbatın azalması bazarda qiymətlərə müəyyən təsirlər göstərdi. Amma bu təsirlər elə də ciddi dərəcədə qiymətləndiriləcək səviyyədə deyil. Bu, uzun müddətli bir proses olmasa da, hər halda düşünürəm ki, bu tendensiya dəyişməz olaraq qalacaq”.

Kənan Eynuroğlu