"Evində bağban, mühafizəçi hətta 5 tibb bacısı saxlayan var"-NAZİR



 
"Düzü işsizliyin səviyyəsinin dəqiq uçotunu və iqtisadi təhlillərini aparmaq mümkün deyil. 
Amma həqiqətən də ölkədə işləyənlərin sayı çoxdur. Əgər əhalinin bir hissəsi evlərdə işləyirsə, siz niyə nəzərə almırsınız ki, bu şəxsləri işə götürən də var". 

Sherg.az-ın məlumatına görə, bu sözləri vergilər naziri Fazil Məmmədov deyib. 

Nazir qeyd edib ki, kimsə bağında bağban saxlayırsa, deməli, o şəxsin sosial vəziyyəti yaxşıdır: 

"Əgər bağda bağban, mühafizəçi, xidmətçi varsa, Məcəlləyə edilən dəyişiklik işçinin uçotunu aparmağa imkan verəcək. Bu dəyişikliklər dövlət büdcəsinin gəlirlərinin təmin olunması məqsədinə xidmət etmir. Milyonlarla vəsaiti olanlar var ki, evinə 5 tibb işçisi gətizdirib, xəstələrinə xidmət etdirir. Nə üçün onlar vergi ödəməməlidir? Siz millət vəkilləri hansı təbəqədən danışırsınız? Sosial təbəqədəndirsə, burda söhbət sosial təbəqədən getmir axı. Məsələ işəgötürən tərəfindən verginin ödənilməsindədir".

Anar