Evlərin damında heyvan saxlayırlar

Qurbanlıq malı damdan kranla endirdilər

Qurban bayramı yaxınlaşdıqca sosial mediada rəngarəng, bəzən xoş, bəzən də üzücü xəbərlər yer almaqdadı. Qurbanlqı heyvana şəfqətlə, mərhəmətlə yanaşanlar da var, qeyri-insani davranış sərgiləyənlər də. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Pakistanın Karaçi şəhərində isə qəribə hal yaşanıb. Şəhər sakinlərindən biri evin damında bəslədiyi qurbanlıq heyvanı bazara aparmaq üçün qaldırıcı kranla aşağı endirib. Onu deyək ki, Karaçidə heyvanların evlərin damında bəslənməsi son vaxtlar adi hal alıb. Çünki şəhərdə hədsiz sıxlıq səbəbindən heyvanları bəsləmək üçün ərazilər yox səviyyəsindədir.  Gəlbedici görünüşə malik heyvanı qarnının altından möhkəm bağlayıb ipləri kranın qarmağına keçiriblər. Kran heyvanı yavaş-yavaş yerə endirməyə başlayıb. Gülməli burasıdır ki, qurbanlığın sahibi heyvanın belinə minib, kranla aşağı enib. Özünə əziyyət verib pilləkənlərlə aşağı düşməyib. Binanın qarşısına toplaşan yüzlərlə insan heyvanın kranla aşağı endirilməsini maraqla izləyib.