“Əvvəllər 10 qayda pozuntusundan1-2-si aşkarlanırdı, amma indi"




"Yol hərəkət qaydalarının pozulması ilə bağlı çərimələrin çoxalma səbəbi buna nəzarətin gücləndirilməsi, monitorinqlərin artmasıdır”.

Bunu Sherg.az-a yolda qaydaların pozulmasına görə ödənilən cərimələrin 5,5 milyon manat artmasının səbəblərini izah edərkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib. 

O bildirib ki, son illər paytaxtda və rayonlarda təhlükəsizliyə nəzarət xüsusilə yollarda daha da ciddiləşib:

"Əvvəllər hər bir sürücü 10 qayda pozuntusuna yol verirdisə, onun 1-2-si aşkarlanırdı. Amma son illərdə bu nəzarət artıb. Daha sıx qayda pozuntusu qeydə alınır. Əvvəllər 20-dən bir qayda pozuntusu cərimələnirdisə, indi məsələn 15-dən biri cəzalanır. Bu qaydalarda, nəzarətdə sərtləşmə var ki, qayda pozuntuları diqqətdən kənarda qalmır. Cərimələrin bəzilərində ötən il artım baş verdi, amma bu, o qədər də ciddi təsirli deyil”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi üzrə ödənilmiş cərimələr 2014-cü ildə 67 mln. 987 min 372 manat, 2015-ci ildə 73 mln. 452 min 509 manat təşkil edib ki, bu da ümumilikdə ölkə üzrə büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının müvafiq olaraq 32,8%-nə bərabərdir.

Aysel Aslan