Eyni evdə 2 sevgilisiylə yaşayır





ABŞ-ın Los Angeles əyalətində Adam Lyons adlı kişi eyni evdə 2 sevgilisi ilə birlikdə yaşayır. Hər şeyi evi, uşaq baxımını, yatağı qısaca bütün həyatlarını üçlü bir şəkildə paylaşırlar.

Adam Lyons və 26 yaşlı sevgilisi Brooke və 25 yaşlı digər eşqi Jane ilə eyni evdə 2 uşaqlarıyla birlikdə yaşayırlar. Uşaq baxımı, xüsusi ilə gecələr və olduqca böyük bir yataq əlaqələrinin bir parçası. Olduqca qəribə ailədə Adam, sevgilisi Brookenin keçmiş əlaqəsindən olan oğuluyla birlikdə yaşayarkən onlara üçüncü sevimli Jane qatılır. Ardından Brooke ilə Adamın yeni doğulan körpələri də ailədəki yerini alıb. İki qardaş, 2 ana və bir atadan ibarət olan bir ailədə böyüyür. İki sevgilisiylə yaşayan Adam Lyons isə indi özlərinə üçüncü bir qadın daha axtardıqlarını söyləyir. 34 yaşlı Adam Lyons ilişkilərinin insanlara çox qəribə gəldiyini, ancaq əslində onların bir-birlərini çox sevdiyini və hər kəsin bir-birini çox əhəmiyyət verdiyini iddia edir. Adama görə uşaqlar olduqca sevgi dolu və isti bir mühitdə böyüyür.