“Facebook”un gəlirləri azalacaq - MARKDAN ETİRAF
10:14 02.11.2017
Arxiv
418
"Facebook”un qurucusu və rəhbəri Mark Zukerberq şirkətin gəlirlərinin azalacağı ilə bağlı xəbərdarlıqla çıxış edib.
İKT.lent.az-ın "Business İnsider”a istinadən verdiyi məlumata görə, səbəb odur ki, Rusiyanın ABŞ-dakı siyasi proseslərə və prezident seçkilərinə sosial şəbəkələr vasitəsilə təsir göstərməyə çalışdığı ortaya çıxdıqdan sonra "Facebook” rəhbərliyi təhlükəsizlik sahəsinə kapital qoyuluşunu artırmağı qərara alıb. Belə ki, 2018-ci ildə "Facebook” bu istiqamətdə xərclərin 45-60% artacağını gözləyir.
"Şirkət təhlükəsizlik və xidmətlərin mühafizəsinə cavabdeh olan əməkdaşların və tərəfdaşların sayını artıracaq. Gələn il bu işlə 20 minə yaxın adam məşğul olacaq. Bundan başqa, məqsədəuyğun olmayan kontentin aşkarlanması məqsədilə süni intellekt sisteminin işlənib hazırlanmasına da səylər yönəldiləcək”, - deyə M. Zukerberq söyləyib.
Xatırladaq ki, "Facebook”, "Twitter” və "Google” nümayəndələri son 2 gün ərzində Senatda Rusiyanın ABŞ-da seçkilərə və siyasi proseslərə müdaxiləsi mövzusunda keçirilən dinləmələrdə çıxış ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi