Faciə: aldığı ərzağın pulunu verə bilmədi, özünü öldürdü




Dünən Bakının Maştağa qəsəbəsində 50 yaşlı kişinin intihar etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, bilək damarlarını kəsərək həyatına son qoyan Lütfəli Cabbarovun borcunun əslində o qədər də çox olmadığı üzə çıxıb. Məlum olub ki, tək yaşayan və xeyli müddətdir işsiz olan Maştağa sakininin evin yaxınlığındakı bir neçə ərzaq mağazasına borcu olub. Bir neçə aydır aldığı və dəyəri 600 manatı keçmiş ərzağın pulunu ödəyə bilməyən, həm də dərin psixoloji sarsıntı keçirən şəxs sonda həyatını bitirmək qərarına gəlib.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
*****
5:41
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Lent.az-ın "report”-a istinadən xəbərinə görə, Maştağa qəsəbəsində 1967-ci il təvəllüdlü Cabbarov Lütfəli Ağəli oğlu sol qolunu ülgüclə kəsərək canına qəsd edib. Nəticədə çoxlu qan itirən kişi dünyasını dəyişib. İntihara səbəb kimi mərhumun xeyli borcunun olması göstərilir.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.