Karamanda heyvandarlıqla məşğul olan Taşkara ailəsinin talasemiyalı xəstəsi 2 yaşlı oğulları Fateh, ilik nəqli ola bilmək üçün kömək gözləyir.
Mərkəzə bağlı Bayır kəndində 3 il əvvəl evlənən Əli (28) və Fadime Taşkaranın (23) xoşbəxtliyi, körpələri Fatehin 6 aylıq olduğunda xəstələnməsiylə uzun sürmədi. Getdikləri xəstəxanada "Aralıq dənizi anemisi” olaraq da bilinən "talasemiyalı majör” diaqnozu qoyulan balaca Fatehə 20 gündə bir Konyada qan verilməyə başlandı. Qana aşağı düşdüyündə tərpənəcək halı qalmayan balaca Fateh, hər qan aldığında həyata sanki yenidən bağlanır. Ana Fadime Taşkara, açıqlamasında, dolanışıqlarını heyvandarlıqla təmin etdiklərini, yaz, qış çadırda yaşadıqlarını söylədi.
Həyatın bütün çətinliklərinə həyat yoldaşıyla dözdüklərini, ancaq uşaqlarının narahatlığı onları çarəsiz qoyduğunu ifadə edən Taşkara, "İndi 2 yaşında olan oğulumun xəstəliyini 6 aylıqkən öyrəndik. Fateh tez-tez xəstələnincə həkimə apardıq.
Müxtəlif təhlillər edildi. Həkimlər, Fatehin "Aralıq dənizi anemisi” olduğunu və mütləq böyük bir xəstəxanada müalicə alması lazım olduğunu söylədi” deyə danışdı. Konya Necmettin Erbakan Universiteti Məram Tibb Fakültəsi xəstəxanasında oğuluna qan verilməyə başlandığını ifadə edən Taşkara, bunları qeyd etdi:
"Fatehə qan verilməsi üçün 20 gündə bir Konyaya aparırıq. İşin acı tərəfi, bu qəti bir müalicə deyil. Qəti nəticə ala bilmək üçün ilik nəqli olması lazımdır. Uyğun ilik üçün qohumlarımızdan nümunə götürülməsi lazım olurmuş. Bir uşağımız da olsa, onun uyğun donor olma şansı
yüksəkmiş. Lakin həyat yoldaşım da, mən də xəstəliyin daşıyıcısı olduğumuz üçün doğulacaq uşağın da xəstə olma riskinin çox yüksək olduğunu söylədilər.”
"İlik nəqli olmazsa həyatını itirəcək”
Taşkara, yaşıl kartlı olduqlarını, xəstəxanalarda hər hansı bir problem yaşamadıqlarını ifadə edərək, belə davam etdi: "Xəstəxanalarda bir çətinlik çəkmirik. Lakin Konyaya gedib- gəlmək, orada qalmaq bizə çox çətindir. Həyt yoldaşım heyvanların yanından ayrıla bilmədiyi üçün, tək başına mübarizə etmək məcburiyyətində qalıram. Uşağım çox ağrı çəkir. İlik nəqli olmazsa həyatını itirəcək. Nə edəcəyimizi bilməyirik. Ətrafımızdakılara, qohumlarımıza vəziyyəti izah edib qan nümunəsi verməyə razı sala bilmirik. Razı salsaq belə onları Konyaya gətirib, aparacaq imkanımız yoxdur. Tək diləyim oğulumun sağlamlığına qovuşmasıdı. Fateh bir dəfə güldüyündə, dünyalar mənim olur. Səlahiyyətlilərdən və xeyriyyəçilərdən kömək əli uzatmalarını gözləyirəm.”
"Orqanlara ziyan verir”
Karamanda xüsusi bir xəstəxanada Fatehin sağlamlıq müalicəsini reallaşdıran uşaq xəstəlikləri mütəxəssisi Dr. Fadime Öcal da uşağın xəstəliyinin çox ağır keçdiyini söylədi. Uşağın bədəninin lazımlı qanı çıxara bilmədiyini izah edən Öcal, "Fatehə 20 gündə bir qan nəqli edilir. Davamlı qan nəqli edildiyi zaman, bir müddət sonra qandakı dəmir ürəkdə, böyrəklərdə yığılır. Bu da orqanlara ziyan verir. Bu hadisə xəstənin həyatını itirməsi ilə nəticələnə bilər. Qəti müalicəsi üçün ilik nəqli olması lazımdır. Əvvəlcə uyğun iliyin tapılması lazımdır. Bu sahədə mütəxəssis xəstəxanalarda bu əməliyyat edilə bilir” deyə danışdı.