FED -in qərarı Azərbaycana təsir göstərməyəcək- PROQNOZ

"Çünki manatın ucuzlaşması daxili faktorlardan asılıdır"


FED uçot dərəcəsini artırsa belə, bunun Azərbaycana heç bir təsiri olmayacaq.

Bunu Sherg.az-a Federal Ehtiyatlar Sisteminin(FED) " faiz dərəclərinin artırılması daha realdır" iddiasını dəyərləndirərkən iqtisadçı-ekspert Qadir İbrahimli deyib. 

Ekspertin sözlərinə görə, uçot dərəcəsinin artırılması manatın məzənnəsinə təsir göstərməyəcək: 

"FED-in uçot dərəcəsini müzakirə etməsi gələn ilin yanvar ayına çəkəcək. Onda artıq D.Tramp prezident səlahiyyətlərinin icrasına başlayacaq. Hazırda isə bir növ qeyri-müəyyənlik var. Hesab edirəm ki, uçot dərəcəsi artırıla bilər. Lakin bunun Azərbaycana təsiri olmayacaq. Manatın ucuzlaşması daxili faktorlardan asılıdır. Bir tək neftin qiyməti burada xarici məsələdir. Qalan məsələlər isə daxili iqtisadi durumdan asılıdır. Hələ ki, manat dəyərini itirməkdə davam edəcək. Yaxın 2 ay ərzində bu azalmanın dayanacağı gözlənilmir”.

Qeyd edək ki, Federal Ehtiyatlar Sisteminin (FED) məlumatına görə Donald Trampın prezident seçilməsi birjalarda dalğalanmalara təkan verib. Açıqlamada xüsusilə istiqraz faizləri və valyuta məzənnələrindəki yüksəliş "daha yüksək artım, daha yüksək xərclər və daha yüksək inflyasiya” gözləntiləri ifadə edilib.

Aysel Aslan