Fərhad Bədəlbəylinin qızı və kürəkəni karantinə yerləşdirildi
14:03 26.03.2020
Arxiv
594
“Olduqca təhlükəli və faciəvi vəziyyətdir. Bizimkilər başa düşmürlər, küçədə-bayırda gəzirlər, Bulvara çıxırlar, hansı bəla ilə üz-üzə qaldığımızı hələ dərk etmirlər”.
Bunu APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.
F. Bədəlbəyli bildirib ki, İtaliyadan dostları var, onlarla danışır: "Mənə deyirlər ki, ölkələrində vəziyyət pisdir. Nəyə görə? Çünki italiyalılar bir az bizə oxşayırlar. Çindəki kimi qayda-qanun, dəmir yumruq İtaliyada yoxdur. Çində hər şeyi ordu həll edirdi, İtaliyada isə belə deyildi. Restoranlar, kinoteatrlar, barlar açıq idi. Camaat axşamlar küçəyə tökülüşürdü. Ona görə orda indi faciə yaşanır. İtalyalı dostlarım mənə tapşırırlar ki, siz bizim problemləri təkrar etməyin, insanları başa salın ki, bu çox böyük təhlükədir, ehtiyatlı olun, qoyulan qaydalara əməl edin”.
F. Bədəlbəyli ABŞ-dan qayıdan qızı və kürəkəninin hazırda karantində olduğunu vurğulayıb: “Mən onların karantinə alınmamaları üçün heç bir şey etmədim. Qoy nə qədər lazımdır karantində otursunlar. Burda tanış, hörmət filan keçmir. Nə lazımdır, o da olmalıdır, başqa cür ola bilməz”.
Xalq artisti koronavirus pandemiyası ilə mübarizənin müharibəyə bənzədiyini diqqətə çatdırıb: “Bu, müharibədir. Ermənistan kimi virusun biri az idi, indi də koronavirus çıxıb. Bəlkə bu, ondan da təhlükəlidir. Ona görə mən hamıya deyirəm, bir az özünüzə gəlin. Nə qədər restoran olar, nə qədər kef olar, nə qədər qonaqlığa getmək olar? Bəsdir! Bir az ciddilik lazımdır. Ölkə çox çətin vəziyyətdədir. Dövlət hər şey edir. Qocalardan kim təkdir ərzaq göndərəcəklər, könüllülər yaxşı işləyəcəklər. Bizdə bu sistem çox yaxşı qurulub. Ona görə mən hamıya deyirəm, çölə çıxmayın, evdə oturun. O qədər kitab var, oxusunlar, internet var, sosial şəbəkələr, filmlər, seriallar var. Evdə qalıb vaxt keçirmək üçün hər cür vasitə var. Yenə də deyirəm, bu çox ciddi məsələdir. Mənə italiyalı dostlarım da deyirlər, siz orda hamıya başa salın ki, vəziyyət çox ciddidir”.
Rektor koronavirusla mübarizə çərçivəsində Bakı Musiqi Akademiyasının hazırladığı layihə barədə də məlumat verib: “Bizim Akademiyanın tələbələri, müəllimləri, məzunları, aspirantları – hər kəs evdən bir musiqi parçası ifa edir və bu musiqi parçası Bakı Musiqi Akademiyasının saytında yerləşdirilir. Biz də heç olmasa bu karantin günlərində insanlarımıza musiqi hədiyyə edərək kömək etməyə çalışırıq. Əlimizdən başqa nə gəlir? Camaatın könlünü almaq lazımdır. Qoy, hər kəs öz sahəsində əlindən nə gəlirsə, eləsin. Yalnız möhkəm olaq. Bizdən evdə oturmaq tələb olunur, bəs bizim əsgərlərimiz neyləsinlər? Ön cəbhədə düşmənlə üzbəüz dayanırlar. Biz heç olmasa rahat evdə otururuq, hər şeyimiz var. Bir az fikirləşmək lazımdır ki, biz müharibə aparırıq. Bu ikinci cəbhədir, bunu unutmamalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya