Fermadakı inəkləri yedi

7.5 metrlik timsah öldürüldü



ABŞ-ın Florida ştatında nəhəng timsahı görənlər təəccüblənir. 7,5 metr uzunluğunda və 400 kiloqram ağırlığında olan nəhəng timsahın fermadakı inəkləri yediyi ortaya çıxıb.

Ovçular fermalarda olan inəkləri yeyən nəhəng timsahı təqib edib. Uzun məşğuliyyətdən sonra nəhayyət onlar timsahı öldürməyi bacarıb. Ferma sahibi Li Laytsi və ovçu rəhbərliyi edən Blake Godvin, timsahı bir traktora asaraq şəkilini çəkiblər. Ovçular, timsahı sərgilənməsi üçün heyvanat parkına bağışlayacaqlarını bildirib.