“Fəryad - 2” filminin çəkilməsi ilə bağlı danışıqlar gedir - RƏSMİ
12:34 09.04.2021
Arxiv
519
Həm Vətən müharibəsinə həsr olunmuş, həm də digər sahələrlə bağlı yeni layihələr gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə “Mədəniyyət” qəzetinə müsahibəsində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib:
“30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. İlk dəfə “Mədəniyyət” qəzetinə açıqlama verirəm ki, artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli filmi çəkməyə imkan verən ən müasir avadanlıqlarımız var. “Azərbaycanfilm” ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur”.
O bildirib ki, yeni layihələr sırasında Mirsadıq Ağazadənin “Eviniz abad” adlı bədii filminin çəkiliş materiallarından “Köşk” adlı 5 seriyadan ibarət mini-serial hazırlanması da var:
“Film noyabr ayına qədər yekunlaşacaq. Artıq serial səsləndirmə mərhələsindədir. Daha bir layihəmiz Bakı Media Mərkəzi ilə birgə hazırladığımız “Biz” adlı sənədli filmdir. Bu filmin layihəsi 44 günlük Vətən müharibəsi dönəmində öz telefonlarında videoçəkilişləri ilə trendə düşmüş insanlardır. Layihənin çəkilişləri sona çatıb. Rejissoru Orman Əliyev olan sənədli film montaj prosesindədir və noyabr ayınadək təhvil verməyi düşünürük.
Elçin Musaoğlunun “Məryəm” filmi də istehsaldadır. İlin sonuna qədər bu film də təhvil veriləcək. Bundan əlavə, rejissor Vaqif Mustafayevə “Fəryad – 2” filminin ssenarisini sifariş etmişik və həmin filmin də istehsalı ilə bağlı Mədəniyyət Nazirliyi ilə danışıqlar gedir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya