Fəxrəddin Manafov Almaniyada xəstəxanaya yerləşdirildi




Xalq artisti Fəxrəddin Manafovun Almaniyaya getməsi ilə bağlı xəbərlər yayılıb.


Kulis.az məsələni dəqiqləşdirmək üçün aktyorla əlaqə saxlayıb. F.Manafov hazırda Almaniyada xəstəxanada olduğunu təsdiqləyib: "Hazırda Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”.


Aktyor bildirib ki, bu barədə geniş danışmaq istəmir, daha sonra lazım gələrsə mətbuatda açıqlama verəcək.