Fıstıqdan oldu: "Övladımı qurtarın": Аta maddi yardım yox, dua istəyir






Hələ 20 aylıqdır, amma həyatının ən böyük ağrısıyla yaşayır ...
Keçən may ayında, atasının qırıb verdiyi fıstığı yeyərkən önündəki topa qaçır Ömər Baran. Nə olursa, elə onda olur... "Bir ağac kimi qucağıma düşdü" deyir atası, "nəfəs alа bilmədi, göyərdi, ilk bildiyim köməyi etdim, amma olmadı..."
Fıstıq parçası Ömərin ağciyərinə yapışır, nəfəs alа bilməyən Ömər, beyin iflici (serebral palsi) keçirir, o gün, bu gündür yalnız gözlərini açıb bağlaya bilir...
Burnundan qidalanan Ömər, yalnız iki aydan sonra burnundakı borudan xilas olur, qaşıqla qidalanmağa başlayır... Atası bunu dualara, Ömərə axan sevgi selinə bağlayır... "Yalnız o da deyil, baxışları düzəldi, gözlərində bir sürüşmə olmadı, mənim oğulum yaxşılaşa bilər" deyir səssiz qışqırıqlarla, övladı gözlərinin qarşısında hərəkətsiz yatan bir atanın ağrısıyla...
Getdikləri xəstəxanada "ediləcək bir şey yox" deyilərək evə göndərilən Ömər üçün ana və atası müxtəlif yağlarla bədənini masaj etməyə başlamışlar, "normaldan daha sürətli yaxşılaşır" deyir atası, "bizim masajlarımızdan sonra sıxılmaları azalır, daha az ağlayır balam."
"Maddi kömək istəmirəm" deyən Ömər Baranın müəllim atası Behzat Bəy ... "Tək istədiyim dua və oğulumun Ankarada GATA-dа müalicə almasıdır. Ərdoğan, Davudoğlu və siyasətçilər səsimi eşitsin, onların gücü oğulumu GАТАya göndərməyə yetər, övladımı Ankarada müalicə etdirsinlər, başqa bir şey istəmirəm" deyir...(milliyet.com)
Atası övladının vəziyyətini izah etmək üçün bir Facebook səhifəsi açıb.(https://www.facebook.com/omerbaranicinelele?fref=nf), oradan oğulu üçün dua istədi... Belə ki, minlərlə adama buradan ona çatdı, minlərlə insan Ömər üçün əllərini səmaya açdı... Avtomobilini satıb Ömərə göndərmək istəyənlər, "pul yığdıq böyük qardaş, hesab nömrəsi ver, göndərək" deyənlər оldu... Ömər Baran sevgi seli oldu axdı ölkəyə... Amma atası ən çox dua istəyir, dua etsinlər, duanın möcüzəsini görək, Ömər Baran duayla qalxsın ayağa deyir, maddi kömək gözləmir...
Ömər üçün açılan Twitter hesabı; https://twitter.com/omerbaranicin
Ata Behzat Yel ünsiyyət: 05317910645
omerbaranicinelele@gmail.com