"Formula 1"ə gələn turistlərin hər biri ölkəmizə ən azı 1000 dollar gəlir gətirir
07:23 27.04.2019
Arxiv
720
Formula 1 Azərbaycan Qran Prisinə tamaşa etmək üçün Bakıya gələn turistlərin hər biri ölkəmizə ən azı, 1000 dollar gəlir gətirir.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, Formula yarışına baxmağa gələnlər adətən, maddi imkanları yüksək olan fanat turistlər olurlar.
Bakıya gələn belə turistlərin daha çox 5 ulduzlu, müəyyən qisminin isə 4 ulduzlu hotellərdə qaldığını deyən N.Bağırov onların paytaxtımızın mərkəzindəki yerləşdirmə obyektlərinə üstünlük verdiklərini söyləyib.
O qeyd edib ki, Formula yarışlarına baxmağa gələnlər Azərbaycana adətən, 3 günlük səfər edirlər:
"Turizm şirkətləri də bunu nəzərə alaraq, Formula yarışlarının keçirildiyi dövr üçün turpaketlərini 3 günlük edir. Ona görə də gələn qonaqların 90 faizi Bakıda 3 gün müdətində qalır”.
N.Bağırov əlavə edib ki, yarışları izləyənlər adətən azarkeşlər olduqları üçün onların çoxu ölkəmizə ötənilki Formula yarışlarında gələnlərdir.
Assosiasiya sədri Formula yarışlarının Azərbaycanın turizm imkanlarının tanıdılması baxımından çox əhəmiyyətli olduğunu da söyləyib.
Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya